Ukrayna Malidəki üsyançılarının “Vaqner” özəl hərbi şirkətinin muzdlularına hücumu zamanı onlara yardım etməyib.
QAZÌLER AZ APA -ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Mavrikiyanın paytaxtı Port-Luisdə olarkən bildirib.
Onun sözlərinə görə, “biz heç vaxt Rusiyadan başqa heç bir ölkənin nizami ordusuna qarşı hərəkət etməmişik”.
“Biz heç bir Afrika ölkəsi ilə münaqişə istəmirik, bizim işimiz Ukraynanı Rusiyanın təcavüzündən qorumaqdır”, - deyə diplomat bildirib.