İran iyulun 31-də Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab verməkdən imtina etməyəcək, o, "ağıllı cavab" taktikasına riayət edəcək.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Qriqori Lukyanov deyib.
Onun sözlərinə görə, Tehranın cavab verməkdən imtina etdiyini düşünməyə əsas yoxdur:
“Analitiklərin müşahidə etdiyi hər şey İranın yenə də qisas almaq niyyətində olduğunu göstərir”.