Ukrayna Kurskda cinahları genişləndirmədən şimala doğru irəliləməyə davam edə bilməz.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu döyüş meydanındakı görüntüləri təhlil edən Finlandiyanın "Black Bird Group" təşkilatının analitiki Emil Kastelmin deyib.
O vurğulayıb ki, zaman ukraynalıların əleyhinə işləyir. Rusiya qoşunları həmişəlik nizamsız qalmayacaq.
Qeyd edək ki, ötən gün Ukrayna qoşunlarının Kursk vilayətinin Suca şəhərini tamamilə ələ keçirdiyi barədə məlumat yayılıb.