Zəngəzur dəhlizi ertələndi: Sülh sazişi imzalanır?

Zəngəzur dəhlizi ertələndi: Sülh sazişi imzalanır? backend

Kommunikasiyaların açılmasını sonrakı illərdə də müzakirə etmək olar. Vaxt aparan mövzudur. Əvvəlcədən də sülh sazişində Zəngəzur dəhlizi məsələsi yox idi. Zəngəzur dəhlizi regionun inkişafı ilə bağlı məsələdir, bu, Orta Dəhlizin tərkib hissə kimi Azərbaycanla yanaşı, Ermənistanın da xeyrinədir. Onsuz da biz Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edirik. Sadəcə, qısa olduğuna görə Zəngəzur dəhlizi məsələsi üzərində dayanmışıq.

 QAZÌLER.AZ  Axar.az-a istinaden xeber verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh sazişindən kommunikasiyalarla bağlı bəndin çıxarılması haqda razılaşmanı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu addım həm də sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədi daşıyır:

“Sərhədlərlə bağlı məsələ də sülh sazişinin mətnində yoxdur. Bizim də mövqeyimiz belədir ki, bu da zaman apara bilər. Əsas tələbimiz Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddasının əks olunmasıdır. Sülhə əsas əngəl də budur. Ermənistan sülh sazişinin bağlanması üçün Konstitusiyasından ərazi iddiaları ilə bağlı maddələri çıxarmalıdır”.

Politoloq vurğulayıb ki, prosesin sürətlənməsi üçün qarşılıqlı addımlar atılır və bu il ən azı çərçivə sazişinin imzalanması mümkündür.

Diaspora