Şuşa Qlobal Media Forumu olduqca önəmlidir və bu forum saxta xəbərlərin qarşısının alınması istiqamətində atılan önəmli addımlardan biridir.
QAZÌLER.AZ Trend-e istinaden verdiyi melumata gõre, bunu Demirören İnformasiya Agentliyinin (DHA) baş direktorunun müavini Bülənt Ovacık deyib.
O qeyd edib ki, dezinformasiyanın yayılması və turajlanması əslində yeni problem deyil.
“Sosial medianın geniş vüsət alması ilə dezinformasiya və saxta xəbərlər olduca geniş yayılır. Xəbərlərin doğruluğunun bir neçə mənbədən təsdiqi çox önəmlidir,”- deyə o bildirib.
O qeyd edib ki, saxta xəbərlərin yayılmaması üçün bütün media orqanlarının bir hərəkət etməsi önəmlidir. Şuşa Qlobal Media Forumu da bu istiqamətdə atılmış önəmli addımlardan biridir,”- deyə Ovacık bildirib.
“İnformasiya Agentliyi olaraq regiondakı bütün prosesləri yaxından izləyirik. Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq bizim üçün çox önəmlidir. Bunu hər zaman etmişik, bundan sonra da edəcəyik, ”-deyə o qeyd edib.