Belarus nəşri: Üç onillik ərzində Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşlığımızın etibarlı dayağına çevrilib

Belarus nəşri: Üç onillik ərzində Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşlığımızın etibarlı dayağına çevrilib backend

Belarusun məşhur “Svetlae jıtse” nəşrinin saytında “Belarus və Azərbaycan: dostluq ənənələri və strategiyaları” sərlövhəli geniş məqalə dərc olunub.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, nəşrin müəllifi Natalya Perjenitsa qeyd edir ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın formalaşması bir neçə mərhələdə baş verib, lakin münasibətlərin çoxillik dinamikasının davamlı inkişaf tendensiyasına malik olması danılmazdır.

Məqalədə qeyd olunur: “Belarus geri qaytarılmış ərazilərin bərpasına, Qarabağda infrastruktur obyektlərinin tikintisinə və yenidən qurulmasına kömək edir. Ölkəmizdən tikinti və taxta materialları, kabel məhsulları, transformatorlar, şpallar, tikinti texnikası və ərzaq məhsulları mütəmadi olaraq tədarük edilir. Müasir kənd təsərrüfatı komplekslərinin və aqroşəhərlərin yaradılması sahəsində Azərbaycan tərəfi təcrübəli Belarus mütəxəssislərinin məsləhətlərindən istifadə edir”.

Nəşr onu da yazır ki, “Ölkələrimizin ticari-iqtisadi sahədə qarşılıqlı faydalı fəaliyyət şərtləri göz qabağındadır və onların inkişafının davamlı dinamikası özünü doğruldur. Məsələn, Minskdə Belarus bazarına güzəştli şərtlərlə ərzaq məhsulları tədarük etmək imkanı yaradılan “Azərbaycan Ticarət Evi” açılıb. Azərbaycanda isə mağazalarımızın şəbəkəsi fəaliyyət göstərir ki, burada 45 diler 150 Belarus müəssisəsinin məhsulunu təqdim edir. Prioritet sahələrə ağac emalı materialları, kənd təsərrüfatı məhsulları, bitki mühafizə vasitələri, əczaçılıq məhsulları, qida məhsulları və maşınqayırmada sənaye kooperasiyasının məhsullarının tədarükü daxildir. Birgə istehsal yeni iş yerlərinin sayını, büdcəyə vergilərin daxil olmasını artırır və ən əsası istehlakçıları rəqabətli məhsullarla təmin edir”.

Məqalənin sonunda müəllif xüsusi olaraq vurğulayır: “Üç onillik ərzində Azərbaycan Belarusun Cənubi Qafqazda həm siyasi, həm də iqtisadi müstəvidə etimada, bərabər hüquqlara və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığının etibarlı dayağına çevrilib. Əminəm ki, bu çətin dövrdə münasibətlərin dərinləşdirilməsinin əhəmiyyəti danılmazdır. Ölkələrimizin müstəqilliyinin, suverenliyinin, sabit təhlükəsizlik səviyyəsinin və xalqlarımızın rifahının qorunması ilə əməkdaşlığı daha da artırmaq üçün böyük potensial mövcuddur

Diaspora