Putinə sui-qəsd cəhdləri ABŞ pulu ilə hazırlanıb - Zaxarova

Putinə sui-qəsd cəhdləri ABŞ pulu ilə hazırlanıb - Zaxarova backend

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun haqqında danışdığı Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd cəhdləri ABŞ pulu ilə hazırlanıb.

QAZILER.AZ  Publika.az -a istinaden xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Dünən Kiyev rejiminin liderlərindən biri Budanov açıq şəkildə etiraf edib ki, Ukrayna kəşfiyyatı Rusiya prezidentinin həyatına qəsdlər hazırlayır. Bu sui-qəsd cəhdi yenə ABŞ pulu ilə hazırlandı. Onsuz Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və bütövlükdə Bankovonun (Ukrayna Prezident Ofisinin yerləşdiyi ərazi) heç bir zərərli fəaliyyəti olmazdı”, - Zaxarova bildirib.

Xatırladaq ki, dünən Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdlərinin hamısının uğursuz olması ilə bağlı açıqlama vermişdi.

Diaspora