Bakı və İrəvan razılaşıb, Rusiya mane ola bilməyəcək - Areşev

Bakı və İrəvan razılaşıb, Rusiya mane ola bilməyəcək - Areşev backend

Aprelin sonunda Tiflisdə erməni və türk diplomatların görüşünün keçirildiyi barədə məlumat var.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Areşev deyib.

“Onlar orda nəyi müzakirə ediblər? Hansı kommunikasiya layihələrini? Bilinmir. Müxtəlif versiyalar irəli sürmək olar, o cümlədən Ermənistan ola bilsin ki, Azərbaycandan qaz alması müqabilində Mehridən keçən eksterritorial dəhlizin fəaliyyətinə hansısa yolla razılıq verib”, - ekspert bildirib.

Onun sözlərinə görə, bu qərar beynəlxalq oyunçular, o cümlədən BMT tərəfindən birbaşa dəstəklənir:

“Rusiya və İran da öz növbəsində bunu nəzərə alıb və bu qərara təsir etmək iqtidarında deyil”.

Areşevin fikrincə, İranın reaksiyası diplomatik fəaliyyətə və Bakı ilə mümkün danışıqlara uyğun olacaq:

“Qətiyyətli addımlara gəlincə, İranın bir çox başqa problemləri var, Tehran üçün Cənubi Qafqaz regionunda sabitlik vacibdir”.

Diaspora