Türkiyə Tatarıstan üçün strateji tərəfdaşdır.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Tatarıstan rəhbəri Rüstəm Minnixanov deyib.
"Liderlərimiz Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan strateji tərəfdaşlardır. Hər iki ölkənin öz maraqları var, amma əsas məsələlərdə fikirlərimiz sülh, yaradıcılıqdır”, - Minnixanov bildirib.
Minnixanov Türkiyə ilə Tatarıstan arasındakı münasibətlərin güclü və strateji tərəfdaşlıq çərçivəsində olduğunu qeyd edib:
“Çətin günlərdə kimin əsl dost olduğunu anlamaq olar. Türkiyə ölkəmizin əsl və strateji tərəfdaşıdır”.
Minnixanov Türkiyə ilə Tatarıstan arasındakı ticarət həcminin 2.9 milyard dollara çatdığını da vurğulayıb.