Paşinyanın Sünikə (Zəngəzur – red.) səfəri, şübhəsiz ki, respublikanı referendum prosesinə hazırlamaq məqsədi daşıyır.
QAZÌLER.AZ Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
“Məsələ ondadır ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hökuməti daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır. Söhbət Tiqranaşen (Kərki – red.), Tavuşda isə Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir”, – erməni deputat bildirib.
T.Abramyan iddia edib ki, guya bu ərazilər Ermənistanın “ərazi bütövlüyü”nə daxildir və onların təhvil verilməsi yalnız referendum yolu ilə həyata keçirilə bilər.