Azərbaycan Ukrayna sülh sammitinə niyə qatılmadı?

Azərbaycan Ukrayna sülh sammitinə niyə qatılmadı? backend

Biz özümüz müharibə vəziyyətində olan ölkəyik. Ukrayna Ermənistan-Azərbaycan müharibəsinə qatılmadığı kimi, biz də Ukrayna-Rusiya müharibəsinə qatışmırıq, çünki hər iki ölkə ilə dostluq əlaqələrinə malikik.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu sözlər ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib.

“Bizim xalqımız çox ədalətlidir, amma bir hadisəni heç vaxt yadımdan çıxarmıram. Bir dəfə Avronestin büro iclasına qatılmışdım. Orda tam yerində Ermənistanın işğalından, şəhər və kəndlərimizi necə viran etməsindən, qaçqın və köçkünlərimizin acınacaqlı həyatından, Ermənistanın işğalçı dövlət kimi tanınmasının vacibliyindən danışdım. Bu zaman Ermənistan nümayəndəsindən öncə Ukraynanı təmsil edən Boris Tarasyuk əsəbi formada özünü atdı ortaya ki, bu nədir, sizlər hər dəfə yeri gəldi-gəlmədi bu mövzudan danışırsınız. Düşünürəm ki, Tarasyuk xarici ölkəyə işləyən agent deyilsə, indi bizi başa düşər”, - o bildirib.

Millət vəkili qeyd edib ki, biz çox şeyi bilmirik, əgər dövlət maraqlarına cavab versəydi, bu tədbirə də qatılardıq:

“Heç bizim kimi problemi olmayan 100-dən artıq dövlət bu tədbirə qatılmadı. Hər kəs bizi başa düşməlidir, bizim yerlə-yeksan edilmiş Qarabağımız ola-ola Ukraynaya humanitar yardım edirik, ərazilərinin minalardan təmizlənməsində iştirak edir, uşaqlar üçün reabilitasiya proqramları həyata keçiririk. Bir neçə gün öncə Almaniyada Ukraynanın bərpasına dair konfransda xarici işlər naziri səviyyəsində iştirak etdik. Ceyhun Bayramov həmin tədbirdə bir daha bəyan etdi ki, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, müharibənin dərhal dayandırılmasının və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq”.

Diaspora