“Bəzi ət kəsimi mağazalarında qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil”.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu sözləri Təzəpir məscidinin imamı Hacı Şamil Rəsulov jurnalistlərə açıqlamasında deyib.
O, bəzi ət satışı mağazalarında “satışda qurban əti var” adı ilə vurulan elanlara münasibət bildirib:
“Dinimiz deyir ki, insan qurban üçün heyvan seçdiyi zaman diri olan heyvanın pulunu verməlidir. Bəziləri var ki, o qoyunu kəsəndən sonra ətini satırlar. Bu şəriətə uyğun deyil və Qurban əti sayılmır. Əgər bir insanın qurban kəsib paylamağa imkanı yoxdursa, o zaman, buna məcbur deyil”.