Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək - Tahir Budaqov

Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək - Tahir Budaqov backend

Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş beynəlxalq konfrans Türk dünyası üçün aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olacağına və səmərəli ideya platforması kimi məhsuldar nəticələrlə yadda qalacağına inanırıq.

QAZÌLER.AZ  Trend-e istinaden xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

T.Budaqov qeyd edib ki, hazırda Cənubi Qafqazın lider dövləti olan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycanın fəal təşəbbüsləri Türk dünyasında dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət etməklə yanaşı, gələcəyə hesablanmış yeni perspektivlər də yaradır.

Postmüharibə dövründə kommunikasiyaların bərpası ilə əlaqədar Azərbaycanın nümayiş etdirdiyi geosiyasi iradəni xüsusi qeyd edən Mərkəzi aparatın rəhbəri deyib: “Şübhəsiz ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini də şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada, o cümlədən Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək, uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaqdır”.

Diaspora