Belarus Dövlət İqtisad Universiteti İqtisadiyyat və idarəetmə kafedrasının müdiri,"Belarus Economic Journal"ın baş redaktoru (http://bem.bseu.by/); İqtisad elmləri doktoru, professor Bykov Aleksey AleksandroviçMinsk
Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur və çoxşaxəli diplomatik əlaqələrə malikdir, ən nüfuzlu beynəlxalq təşkilatların, birliklərin, iqtisadi və maliyyə qurumlarının üzvüdür. Bu, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və Azərbaycanın problemlərini həll etmək sahəsində böyük əhəmiyyət kəsb edir. Xüsusi olaraq qeyd edək ki, 1993-cü ilin ikinci yarısında Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəsinin milli maraqlarının və mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər etdi, ilk növbədə cənubi Qafqazada özünün strateji maraqlarına xidmət edən və bu regionda təsir imkanlarına malik olan ölkələrlə qarşılıqlı faydalı münasibətlərin yaradılması istiqamətinə diqqət yönəltdi.
Bu baxımdan Ulu Öndərin Rusiya ilə əlaqə və münasibətlərində əhəmiyyətli dəyişikliklərə nail olması, əlaqələrinm normal inkişafına mane olan problemləri həll edə bilməsi qısa bir müddət ərzində bu ölkə ilə münasibətlərin yenidən qurulması, gərginliyin aradan qaldırılması və əməkdaşlığın genişləndirilməsinə səbəb oldu. Azərbaycan Respublikası MDB üzvlüyünə daxil oldu. Heydər Əliyev qeyd edirdi ki, “Biz MDB çərçivəsindən kənarda olduğumuz vaxtdakı vəziyyətimizi araşdırırıq və belə qənaətə gəldik ki, MDB çərçivəsindən kənarda qalmaq ölkənin qarşısında duran problemlərin həllinə kömək etmir”. Bu çox əhəmiyyətli bir bəyənat idi. Bu Heydər Əliyev diplomatiyasının, Azərbaycanın əsaslandırılmış və sistemləşdirilmiş yeni xarici siyasət xəttinin növbəti uğuru idi. Onun elmə əsaslanan və təcrübədən uğurla çıxan innovativ dövlət idarəçiliyi, dünyada ilk dəfə tətbiq edilən yeni texnologiyaları ölkəni müasir inkişaf göstəricilərinə görə dünya liderləri sırasına çıxarmışdır.
Azərbaycanın xarici siyasət kursunda Belarus Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur: “Təsadüfi deyil ki, tərəflər arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlər müxtəlif sahələri əhatə edir və uğurla inkişaf edir. Azərbaycanın Belarusiya ilə arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur və hər zaman iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edib. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Xüsusi qeyd edək ki, Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Xatırlatmaq istərdim ki, Belarusla ikitərəfli münasibətlərin qurulması istiqamətində Heydər Əliyevin siyasi strategiyası iqtisadiyyat, siyasət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturdu. Bu səylər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmişdir. Ölkələr arasında strateji tərəfdaşlıq, dövlət başçıları səviyyəsində nümayiş etdirilən qarşılıqlı hörmət və etimad Heydər Əliyev siyasətinin uğurlu davamının parlaq nümunəsidir.
Bu gün ölkə prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələr həm ikitərəfli, həm də daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir.
Azərbaycan ilə Belarus arasında mədəni mübadilələr ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əsas rol oynayır və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, xalqlar arasında dostluq bağlarının möhkəmləndirilməsinə kömək edir.
Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 20 il ərzində ölkəni dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilir. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bir faktı söyləmək kifayətdir ki, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 gün ərzində reallığa çevrildi. Bu məsələdə beynəlxalq təşkilatlarla münasibətin öz yeri var.
Bu gün qlobal təhlükəsizliyin, o cümlədən, qitəmizdə enerji və nəqliyyat təhlükəsizliyinin təminatında Azərbaycanın rolu misilsizdir. Azərbaycan “dünyaya təkcə neft və qaz deyil, eyni zamanda, multikultural dəyərlər də” ixrac edir. Bu xüsusda, Prezident İlham Əliyevin fikirləri çox maraqlıdır: “Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, sözünün məna və çəkisi böyükdür”. Ölkənin enerji sahəsindəki irimiqyaslı layihələri, infrastrukturun inkişafı və digər strateji sahələrdə görülən böyük işlər Azərbaycanın dünya iqtisadiyyatında daha vacib və nüfuzlu bir rol oynamasına imkan verir. Bu inkişaf yolunda ölkənin lideri Prezident İlham Əliyev Azərbaycanın tarixində yeni bir səhifə açmaqda ən vacib şəxslərdən biri kimi təsdiqlənir.
Tarix birmənalı sübut edir ki, vaxt, zaman keçdikcə belə dahi insanların, siyasətçilərin, liderlərin böyüklüyü, uzaqgörənliyi, ideyalarının möhtəşəmliyi, xalqın bu günü və gələcəyi üçün əhəmiyyəti daha da artır. Bu baxımdan dosent Sadiq Qurbanovun “Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyası milli iqtisadi inkişaf strategiyanın formalaşması, inkişafın reallaşdırılmasının konseptual əsaslarının dərk edilməsində , eyni zamanda dövlətlərin qarşılıqlı əlaqəsinin gələcək prespektivlərinin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir.
Monoqrafiyanı oxuduqdan sonra belə nəticəyə gəlinir ki, Heydər Əliyevin hərtərəfli idarəçilik qabiliyyəti və Azərbaycanın gələcək inkişafı ilə bağlı ideyaları, Onun bütün fəaliyyəti dövründə həmişə öz dövrünü qabaqlamış və bu gün də Azərbaycanın müstəqil inkişaf yoluna işıq saçmaqdadır. Bu baxımdan belə hesab edirəm ki, dosent Sadiq Haqverdi oğlu Qurbanovun yazdığı monoqrafiya şəxsiyyətin xalqların və dövlətlərin həyatında rolunu göstərən ən sanballı əsərlərdən biridir. Monoqrafiyada Heydər Əliyevin milli mədəniyyətin formalaşması və tarixi varisik prinsiplərinə əməl olunmasının vacibliyi Şərq və Qərb mədəniyyətlərinin sintezi kontekstində ətraflı araşdırılmışdır.
Monoqrafiyada Heydər Əliyevin Azərbaycanın gələcəyi üçün hazırladığı inkişaf strategiyasının əsas sütunlarından olan hakimiyyətin varisliyinin təmin olunması və bu əsasda həyata keçirilən taleyüklü, tarixi əhəmiyyətli qərarlardan bəhs olunmuş, siyasi varislik institutunun formalaşmasının tarixi zərurəti öz məntiqi izahını tapmışdır.
Müəllifə uğurlar arzulayıram.