Müxalifət sabah iğtişaşlar hazırlayır - Kobaxidze

Müxalifət sabah iğtişaşlar hazırlayır - Kobaxidze backend

Gürcüstan hakimiyyəti mayın 13-14-də “Xarici agentlər haqqında” qanun layihəsinə üçüncü oxunuşa baxılan zaman Tiflisdə parlament binası yaxınlığında radikal qrupların iğtişaşlar təşkil etmək planları barədə məlumatlara malikdir.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Bizdə etibarlı məlumat var ki, radikal müxalifətin təşkil etdiyi və xaricdən maliyyələşən gənclər sabah və o biri gün Gürcüstan parlamentinə və polisə qarşı zorakılıq aksiyaları planlaşdırır”, - Kobaxidze bildirib.

Kobaxidze müxalifətə xəbərdarlıq edib ki, zorakılığa görə hər kəs qanun çərçivəsində cavab verəcək.

Diaspora