Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirilən layihələr regionun inkişafında və Avropa ilə Asiya arasında enerji və kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov paytaxt Ankarada keçirilmiş Türkiyə – Azərbaycan biznes forumunda deyib.
Baş nazir bildirib ki, Bakı–Tiflis–Ceyhan, Bakı–Tiflis–Ərzurum qaz kəmərləri, TANAP, Bakı-Tiflis-Qars (BTQ) Türkiyə ilə Azərbaycanın birgə ən uğurlu layihələrindəndir: “Mayın 25-də açılacaq Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunda yükdaşımaların həcmi artırılacaq”.
Əli Əsədov iki tərəfli formatda həyata keçirilən layihələrə qarşılıqlı olaraq milyardlarla dollar həcmində sərmayələr qoyulduğunu açıqlayıb:
“Bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşmalarla baxırıq. Həm Azərbaycan, həm də Türkiyə hökumətləri bütün sahələrdə əməkdaşlıq üçün birgə fəaliyyətlərə hazırdırlar”.