İslam Məmiş bir əlinə qızıl, bir əlinə dollar alıb izah etdi: "Dananın quyruğu" kəsiləcək

İslam Məmiş bir əlinə qızıl, bir əlinə dollar alıb izah etdi: "Dananın quyruğu" kəsiləcək backend

Türkiyəli qızıl və pul bazarları mütəxəssisi İslam Məmiş bir əlində qızıl, bir əlində dollar tutaraq ən gəlirli investisiya üsulunu ətraflı şəkildə izah edib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, Məmiş Fed-in faiz qərarını açıqlamasından sonra qızıl bazarında prosesin necə cərəyan edəcəyi haqda proqnoz verib.

“Dolların 25 lirə olacağı ilə bağlı şərhlər dolaşmaqdadır. Bu il üçün 40 lirə və yuxarı gözləyirəm. Faizləri 80 faizdən yuxarı qaldırsalar, məzənnə 25 lirəyə çatacaq. Qızılın unsiyası 2288 dollar səviyyəsindədir. 2280 dollar kritik əhəmiyyət kəsb edir. Aşağıya doğru qırıldığı təqdirdə, enişlər 2200 dollara qədər davam edə bilər”, - Məmiş əlavə edib.

Mütəxəssis hesab edir ki, müharibə manipulyasiyası davam edəcək: “Bu manipulyasiya may və iyun aylarında da davam edəcək. Bütün investisiya alətlərində kəskin dalğalanmalara hazır olun. İstər TL, istərsə də xarici valyuta alsanız, həmin gün mallarla mübadilə etməlisiniz. İki ay ərzində sıxışdırılmış bazara hazır olun. İyul ayında "dananın quyruğu" yenidən kəsiləcək. İyul ayına qədər çox vacib addımlar atmalıyıq. Qızılı dollarla daha ucuz alacağıq”.

 

 

 

 

Diaspora