Miqrasiyaların ölkədən çıxarılmasının yeni hüquqi rejimi haqqında qanun layihəsinə Rusiya Dövlət Duması prioritet kimi baxa bilər.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə qanun layihəsinin müəlliflərindən biri, Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
Deputat qeyd edib ki, qanun layihəsi Dövlət Duması Şurasının mayın 6-da keçiriləcək növbəti iclasında nəzərdən keçirilə bilər, bundan sonra müvafiq komitəyə təqdim edilərək birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Dövlət Dumasına qeyri-qanuni miqrantların ölkədən çıxarılması üçün yeni rejimin tətbiqini təklif edən qanun layihəsi təqdim edilib. Təklifə əsasən, belə bir rejim tətbiq edilmiş miqrantlar daxili işlər orqanının icazəsi olmadan Rusiya Federasiyasında yaşayış yerini və ya qaldıqları yerləri dəyişdirə, Rusiya Federasiyasının hüdudlarından kənara gedə, həmçinin avtomobil sürə, əmlak əldə edə və nikaha girə bilməyəcək. Həmçinin xarici vətəndaşların Rusiya Federasiyasında qalma müddətinin 180 gündən 90 günə endirilməsi təklif edilir.