Çox açıq şəkildə, xüsusən də Azərbaycanın yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəblər axtardığı bizə aydın olan bir şəraitdə qeyd etmək vacibdir ki, Ermənistan hökumətinin Tavuş rayonunun 4 kəndi ilə bağlı heç vaxt ambisiyaları olmayıb.
QAZILER.AZ. Axar.az-a istinaden xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Artaşat şəhərində partiyadaşları ilə görüşdə danışıb.
“Biz heç vaxt bu kəndlərə iddia etməmişik. Siyasi mövqeyimiz isə belədir: biz ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən Azərbaycanın bəhs etdiyi bu kəndlərə iddia etmirik”, – siyasətçi vurğulayıb.
O bildirib ki, Qızıl Hacılı hazırda 100% Azərbaycanın nəzarətindədir.
Paşinyan qeyd edib ki, hökuməti üçün Ermənistan sərhədinin harada olduğunu vurğulamaq çox vacibdir və ümid edir ki, Azərbaycan da bu istiqamətdə addım atacaq