Ötən həftə Sankt-Peterburq məhkəmələri Rusiyada olarkən qanunları pozan dörd yüzdən çox qeyri-qanuni immiqrantı xaricə qovmaq qərarına gəlib.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, martın 25-dən etibarən Sankt-Peterburq şəhərinin rayon məhkəmələrinə müvafiq işlər üzrə 584 material daxil olub. Onlardan 515-nə artıq baxılıb.
"Məhkəmə qərarları: 418 qanun pozucusu ölkə hüdudlarından kənara məcburi deportasiya edilməklə cərimələnərək əcnəbi vətəndaşların müvəqqəti saxlanma məntəqəsinə yerləşdiriliblər. Bundan əlavə, daha 48 halda miqrantlar Rusiya ərazisini özbaşına tərk etməyə məcbur olublar", - Mətbuat xidmətindən bildirilib.