"Krokus" teraktı ilə bağlı yeni detal: Bu ölkənin əli ola bilər

"Krokus" teraktı ilə bağlı yeni detal: Bu ölkənin əli ola bilər backend

Moskva yaxınlığındakı "Krokus Siti Holl"da baş verən terror aktında ABŞ-ın əli ola bilər.

QAZILER.AZ  Publika.az-a istinaden  xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Krım regionundan olan deputatı Leonid İvlev deyib.

Parlamentari hücuma görə məsuliyyətin İŞİD-in üzərinə düşdüyünə dair əminliklərinə baxmayaraq, terror aktının kuratorlarının Amerika hakimiyyəti ola biləcəyini istisna etməyib:

“Əminəm ki, istintaq ruslara Kiyev təşkilatçılarının, sonra isə onların xaricdəki kuratorlarının adlarını deyəcək”.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller isə Rusiyanı Ukraynanın terror aktında iştirakı ilə bağlı “təbliğat və dezinformasiya” yaymaqda ittiham edib. Oxşar bəyanatla Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Watson da çıxış edib. O, İŞİD-in hücuma görə tam məsuliyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, Kreml “Krokus”da törədilən terror aktında İŞİD-in əli olması ilə bağlı versiyanı şərh etməkdən imtina edib 

Diaspora