Ermənistan və Azərbaycan sərhədində Rusiya sərhədçilərinin müşahidə məntəqələri baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.
QAZILER.AZ Publika.az-a istinaden melumat verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
O vurğulayıb ki, bu müşahidə məntəqələri 2020-ci ildə vəziyyətin sabitləşməsinə kömək etmək üçün Ermənistan-Azərbaycan sərhədində Rusiyanın vəsaiti hesabına yerləşdirilib.
“Sərhədçilər baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib. Ermənistan tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirmək qərarına gəlməyib”, - səfir bildirib.