Moskvada terror aktının baş verdiyi “Crocus City Hall”un yerləşdiyi ərazi ilə bağlı müzakirələr gedir.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, yanıb külə dönən tikilinin yerində məbəd ucaldılması, yaxud xatirə parkının salınması təklif olunur.
Təklifi Rusiya Dövlət Dumasının Ədalətli Rusiya Partiyasından olan deputatı, məşhur aktrisa Yelena Drapenko irəli sürüb:
“Belə bir kədərli hadisədən sonra, mən istəməzdim ki, yenə orada konsert zalı bərpa edilsin, əyləncəli proqramlar təşkil olunsun”.
Rus Pravoslav Kilsəsi isə “Crocus City Hall”un bərpası məsələsi ilə bağlı çağırış edib. Kilsə terror aktında həlak olanların yaxınlarının rəyini nəzərə almağı tövsiyə edib.