Hər hansı problem olarsa, bu barədə məlumat verəcəyik. Tavuş kəndləri (Azərbaycanın Qazax rayonunun işğalda olan kəndləri nəzərdə tutulur – red.) ilə bağlı hər şey açıq və şəffaf şəkildə müzakirə olunur.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə jurnalistlərlə söhbətində deyib.
Qeyd edək ki, Azərbaycan Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılmasını tələb edir.