Rusiya Prezidenti Vladimir Putin Fransaya gəlmək fikrində deyil, bu isə o deməkdir ki, onun həbsi məsələsi hələlik aktual və ya vacib deyil.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinin Fransaya səfəri zamanı həbs edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu məsələ gündəmdə deyil. O, ölkəmizə gəlməyi planlaşdırmır”, - Makron bildirib.
Qeyd edək ki, 2023-cü ilin 17 martında BCM Rusiya Prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxarıb.