Putindən qəzaya uğrayan təyyarə ilə bağlı göstəriş...

Putindən qəzaya uğrayan təyyarə ilə bağlı göstəriş... backend

Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinə Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələrini açıqlamaq təlimatı verib.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu barədə hökumətin məlumatında deyilir.

"Rusiya İstintaq Komitəsi 2024-cü il yanvarın 24-də Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasının şəraiti və səbəbləri ilə bağlı araşdırmanın nəticələrini dərc etməlidir. Dövlət başçısı 2024-cü il iyulun 1-dək bununla bağlı hesabat gözləyir", - deyə bildirilib.

Qeyd edək ki, yanvarın 24-də sözügedən təyyarənin qəzaya uğraması (vurulması) nəticəsində 65 ukraynalı əsir, o cümlədən 9 ekipaj üzvü həlak olmuşdur.

 

Diaspora