NATO Baş katibi: COP-29 dönüş nöqtəsi olacaq

NATO Baş katibi: COP-29 dönüş nöqtəsi olacaq backend

İqlim dəyişikliyi qlobal böhrandır.

QAZILER.AZ  APA-ya istinaden xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

"Biz iqlim dəyişikliyinin təsirlərini dünyanın hər yerində, o cümlədən Azərbaycanda görürük. Təbii ki, dünyanın enerjiyə ehtiyacı var, amma biz həmçinin qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq.

Azərbaycan yalnız qaz ixrac etmir, eyni zamanda, biz alternativ enerjiyə investisiyanı görürük".

Baş katib əlavə edib ki, Azərbaycanın günəş və külək enerjisi potensialı var və Azərbaycan bunu Avropa bazarına çıxartmağa çalışır: "Beləliklə, COP-29 dönüş nöqtəsi olacaq. Bu, iqlim dəyişikliyindən narahat olan hər kəs üçün, eyni zamanda, təhlükəsizlik üçün vacibdir".

 

 

Diaspora