Gürcüstan hökuməti Meksika sərhədində girov götürülən vətəndaşlarını azad etməyə çalışır

Gürcüstan hökuməti Meksika sərhədində girov götürülən vətəndaşlarını azad etməyə çalışır backend

Qeyri-qanuni yollarla Meksika ərazisindən keçməklə ABŞ-a getmək istəyən 30-a yaxın Gürcüstan vətəndaşı yerli quldurlar tərəfindən girov götürülüb.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumatı təsdiqləyib və artıq hökumətin vətəndaşları azad etmək üçün hərəkətə keçdiyini bəyan edib.

Quldurlar bir Gürcüstan vətəndaşına qohumları ilə əlaqə saxlamağa və girov götürülmüş insanları azad etmək üçün pul tələb etmələri barədə məlumat verməyə icazə verib. O, digər 120 girovla birlikdə zirzəmidə saxlandığını və Gürcüstan vətəndaşlarının sərbəst buraxılması üçün 90 min dollar pul tələb edildiyini bildirib.

Gürcüstan XİN-dən verilən məlumata görə, Meksikanın İmmiqrasiya Xidməti ilə əlaqə saxlanılıb və qaçırılmış Gürcüstan vətəndaşlarının tapılaraq azad edilmələri üçün tədbirlər görülür.

Diaspora