Krımın kimə məxsusluğu məsələsi bitdi - Lavrov

Krımın kimə məxsusluğu məsələsi bitdi - Lavrov backend

Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir, onlara sahiblik məsələsi həmişəlik bağlıdır.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Krımın Rusiyaya ilhaqının 10-cu ildönümü ilə bağlı videomüraciətində deyib.

O bildirib ki, son illər Ukraynadan miras qalmış bir çox problemlər aradan qaldırılıb:

“Vəziyyətin sonrakı inkişafı göstərdi ki, bu qərar yeganə düzgün qərar idi. Bu, krımlıların həyatını, şərəf və ləyaqətini rusofob Kiyev rejiminin təcavüzlərindən qorumağa imkan verdi.

İnkişaf üçün aydın perspektivlərə malik olan krımlılar gələcəyə inamla və nikbinliklə baxa bilərlər. Krımda millətindən və dil seçimindən asılı olmayaraq, istisnasız olaraq bütün vətəndaşların hüquqlarına ciddi riayət olunur”.

Diaspora