Bakı ilə İrəvan arasında sülhə nail olmaq... - Bayden

Bakı ilə İrəvan arasında sülhə nail olmaq... - Bayden backend

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bu fikirlər ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı ilə bağlı ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir”, - məktubda bildirilib.

Diaspora