İntihar etdiyi deyilən Dani Alvesin qardaşı DANIŞDI

İntihar etdiyi deyilən Dani Alvesin qardaşı DANIŞDI backend

Braziliya millisinin və “Barselona”nın keçmiş müdafiəçisi Dani Alvesin qardaşı Ney Alves onun intihar etməsi ilə bağlı daha əvvəl yayılan məlumatlara reaksiya verib.

QAZİLER.AZ  Publika.a-a istinadən xəbər verir ki, o, insanları qəddarlıqda ittiham edib.

“Allah sənə çoxlu sağlamlıq və ağıl versin, qardaşım, insanların bütün bu qəddarlığına qalib gəlib dözəsən.

İnsanlarda qəddarlıq, zülm var. Qardaşım kişilərin otağına girib yalnız ikisinin bildiyi bir şey edən qadının sözlərinə görə məhkum olundu. Onsuz da bu insanı qınamısan, bəs deyilmi? O, artıq məhkum olunub, həbsdədir. İndi onun ölməsini istəyirsən”, – Ney Alveş sosial şəbəkədə bildirib.

Daha əvvəl braziliyalı jurnalist Paulo Albukerke futbolçunun intihar etdiyi barədə məlumat yayıb.

Xatırladaq ki, ötən ilin yanvarında Alves Barselonadakı “Sutton” gecə klubunda qıza təcavüz etməkdə ittiham olunurdu. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. 2024-cü ilin fevralında məhkəmə Alvesi 4,5 il həbs cəzasına məhkum edib.

 

 

Diaspora