Novruz yeni gün, yenilənmə deməkdir. Simvolik olaraq hazırkı dövrdə Qazaxıstanla Azərbaycan arasında və bütün Türk dünyasında yenilənmə, dirçəliş prosesləri gedir, biz əməkdaşlığımızın yeni dövrünə qədəm qoymuşuq.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
"Qardaş Azərbaycan xalqına bu bayramda xoşbəxtlik və gələcəkdə çiçəklənmə arzulayıram. Novruz bayramınız mübarək!", - Tokayev bildirib.