Britaniyalı müəllim: Fransız müstəmləkə kontekstində müsəlman qadınlar zorakı təhdidlərə məruz qalırdılar

Britaniyalı müəllim: Fransız müstəmləkə kontekstində müsəlman qadınlar zorakı təhdidlərə məruz qalırdılar backend

Qərb ölkələrində müsəlman qadınlar zorakılığa qalanlar, kişilər isə barbar kimi qələmə verilir.

QAZİLER.AZ  AZƏRTAC-aistinadən  xəbər verir ki, bunu Böyük Britaniyanın Montfort Universitetinin siyasət üzrə baş müəllimi Amina Easat Daas Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən “Cinslərə görə islamofobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət" mövzusunda aralıq sessiyada söyləyib.

Fransız müstəmləkə kontekstində müsəlman qadınların qarşılaşdığı çətinliklərdən danışan Amina Easat Daas onların zorakı təhdidlərə məruz qaldıqlarını bildirib: “Məktəblərdə qadınların hicab geyinməsi qadağan edilmişdi. Qadınlar niqab geyindiyi halda cəriməyə məruz qalırdılar. Sonradan müsəlman qadınların xilası, onların geyimi ilə bağlı qanunlar qəbul edildi. Bu, azadlıq deyildi, qadınlara başqaları tərəfindən nəyinsə diktə edilməsi idi. Ümumiyyətlə, feminizm və müstəmləkəçilik Fransanın siyasətinin əsasını təşkil edirdi. Müsəlman qadınlara nəzarətin vacibliyi qeyd olunurdu

 

 

Diaspora