Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirərək vəfat etməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, fondun sədri İsveçrə Krallığında işgüzar səfərdə olub.
Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edilib ki, DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.