Vətəndaşa Xankəndiyə investisiya yatırmağa icazə verilmir?

Vətəndaşa Xankəndiyə investisiya yatırmağa icazə verilmir? backend

Keçmiş məcburi köçkün, Gəncə şəhərində yerləşən Müəllimlər İnstitutunun yataqxanasında məskunlaşan fərdi sahibkar Səfər Salmanov iddia edir ki, işğaldan azad olunan ərazilərə investisiya qoymaq istəsə də, buna imkan verilmir.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.az-a açıqlamada vətəndaşın iddialarının həqiqəti əks etdirmədiyi bildirilib.

“Fərdi sahibkar Səfər Vəliyəddin oğlu Salmanovun Xankəndi şəhərində sahibkarlıq fəaliyyətinə imkan verilməməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirləri ilə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət sahələrinin bərpası üçün sahibkarlar üçün 26 dekabr 2023-cü il tarixində müsabiqə elan olunmuşdu. Bu barədə elan aidiyyəti dövlət qurumlarının rəsmi internet səhifələri və sosial şəbəkə hesabları, eləcə də KİV vasitəsilə ictimaiyyətə çatdırılıb. Müsabiqə üçün sənədlərin yazılı şəkildə son təqdim edilmə tarixi kimi 31 yanvar 2024-cü il müəyyənləşdirildiyi halda, fərdi sahibkar Səfər Vəliyəddin oğlu Salmanov sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməyib.

Bununla belə, dəstək göstərmək məqsədilə 24.02.2024-cü il tarixində Xankəndi şəhərində yerləşən bir neçə iaşə obyektinə sahibkarın baxışı təmin edilib. Lakin o, təklif olunan obyektlərə maraq göstərməyib.

Hazırda antiterror tədbirləri ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın canlandırılması, yeni iş yerlərinin yaradılması məqsədilə müsabiqəyə sənədlərini təqdim etmiş sahibkarlarla əməkdaşlıq qurulması istiqamətində işlər görülür, onların təklifləri dəyərləndirilir”, - məlumatda qeyd edilib

 

 

Diaspora