Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Aleksey Navalnının ölümünün səbəbləri barədə danışıb.
QAZİLER.AZ Publika.az -a istinadən xəbər verir ki, onun sözlərindən Strana.ua sitat gətirib.
"Sizi məyus edə bilərəm, ancaq məlum olan odur ki, o, əslində qan laxtalanması səbəbindən ölüb" - Budanov jurnalistlərin müvafiq sualını cavablandırıb.
Daha əvvəl Kreml bəyan etmişdi ki, Navalnının ölümü ilə bağlı təhqiqat aparılır və Rusiya qanunlarında nəzərdə tutulmuş bütün zəruri tədbirlər həyata keçirilir. Lakin araşdırmanın nəticəsi hələ ki, məlum deyil.
Navalnının Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında ölməsi fevralın 16-da məlum olub. İlkin məlumata görə, məhkum gəzintidən sonra səhhəti pisləşib. Həkimlər onu yarım saat reanimasiya etməyə çalışsalar da, onu xilas edə bilməyiblər.
Versiyalardan birinə görə, məhbus qan laxtalanması səbəbindən həyatını itirib. Ölümün son səbəbləri müəyyənləşdirilir.