Karlson nümunəsi: Kiselyov da Baydenə müraciət etdi

Karlson nümunəsi: Kiselyov da Baydenə müraciət etdi backend

Rusiyalı aparıcı, “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ Prezidenti Co Baydenlə müsahibə üçün Ağ Evə sorğu göndərdiyini açıqlayıb.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, o, Rusiya və ABŞ-da bir-birini dinləmək imkanının yetərli olmadığını bildirib.

“Hesab edirik ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ jurnalistinə müsahibəyə razılıq verməklə layiqli nümunə göstərib”, - Kiselyovun məktubunda xüsusi qeyd olunur.

O bildirib ki, müsahibəni şəxsən, “Rossiya 1” telekanalının “Həftənin xəbərləri” informativ-analitik proqramı çərçivəsində aparmağı planlaşdırır.

Qeyd edək ki, məşhur amerikalı jurnalist Taker Karlsonun Rusiya lideri Putindən götürdüyü müsahibə 8 fevralda yayımlanıb.

Diaspora