NATO heç vaxt Rusiya ilə açıq qarşıdurmaya cəsarət etməyəcək. Onların hazırkı məqsədi pul qazanmaqdır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Yakov Kedmi NATO-nun irimiqyaslı təlimləri haqda danışarkən deyib.
Y.Kedmi bildirib ki, NATO-nun Rusiya ilə qarşıdurma vəziyyətində üstünlüyü əldə etmək şansı yoxdur:
“Qərb bütün silah növlərinin hazırlanmasında Rusiyadan xeyli geri qalır və illər keçdikcə bu uçurum daha da genişlənib. Bundan başqa, Avropada alyansın onurğa sütununu təşkil edən Almaniya, Fransa və İngiltərə orduları sursat, şəxsi heyət və döyüşə hazır müasir tank çatışmazlığı yaşayır. Rusiya ordusu lazım gələrsə, onları yer üzündən silər. Rusiya ən çox taktiki nüvə silahına malikdir. NATO-da bu yoxdur”.
Y.Kedminin sözlərinə görə, Ukrayna münaqişəsində Rusiya qoşunlarının yalnız kiçik və az təhlükəli qrupu iştirak edir:
“NATO və Avropa ölkələri ilə münaqişə tamamilə fərqli üsullarla aparılacaq. Avropa buna hazır deyil. Onların hansı qoşunları var, neçə nəfərdir, harada yerləşir? Buna görə də hazırda Şimali Atlantika Alyansı tərəfindən həyata keçirilən təlimlər büdcə oyunundan başqa bir şey deyil”.