İranda şəhərətrafı qeyri-standart bölgələrdə yaşayan əhalinin sayı normal həddi keçərək 25 milyon nəfərə çatıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu iranlı iqtisadçı Fərşad Mömini deyib.
O, gün keçdikcə insanların daha da yoxsullaşdığının narahatedici tendensiyaya çevrildiyini və əhalinin 40%-nin yoxsulluq həddindən aşağı düşmək ərəfəsində olduğunu bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl başqa iqtisadi tədqiqatçı Zəhra Kaviani 2023-cü ildə əhalinin təxminən 30%-nin (26 milyon nəfər) yoxsulluq həddinin altında olduğunu bildirmişdi.