İlon Mask bildirib ki, Sərhəd Patrulunun vəzifəsi qeyri-qanuni mühacirlərin ABŞ-ın cənub sərhədini keçməsinə kömək etməkdir.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə o X sosial şəbəkəsində öz paylaşımında yazıb.
“Divar tikmək diqqəti yayındırır. Qanunsuz immiqrantlarla bağlı vəziyyəti düzəltmək üçün divara ehtiyacınız yoxdur.Sərhəd Patrulunun vəzifəsi ABŞ-a genişmiqyaslı qanunsuz girişi asanlaşdırmaqdır. Əsas problem ondan ibarətdir ki, istənilən miqrant sığınacağa ehtiyacı olduğunu sübut etmədən sığınacaq istəyə bilər, yəni Yer kürəsinin bütün əhalisi Amerikaya gələ bilər”, - deyə o vurğulayıb.