ABŞ səfiri Azərbaycana başsağlığı verdi

ABŞ səfiri Azərbaycana başsağlığı verdi backend

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

"Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüzünlə başsağlığı veririk", - səfir bildirib.

 

 

 

 

Diaspora