Rusiya tamamilə məğlub edilməlidir - Tenzer

Rusiya tamamilə məğlub edilməlidir - Tenzer backend

İkinci Dünya müharibəsində almanlar və yaponların uduzduğu kimi rus işğalçıları da uduzmalıdır.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bunu fransız politoloq Nikola Tenzer deyib.

Onun sözlərinə görə, bu müharibənin nəticəsi dünyanın gələcəyini həll edəcək:

“Məsələ bundadır ki, Ukraynadakı müharibənin nəticəsi bir qədər 1945-ci ildəki vəziyyətə bənzəyir. Ya biz qalib gələcəyik, ya da məğlub olacağıq. Və “biz” dedikdə təkcə Ukraynanı nəzərdə tutmuram. Bu, birbaşa bizi maraqlandıran bir şeydir. Müharibənin nəticəsi növbəti onilliklərin taleyini müəyyənləşdirəcək, ona görə də burada yarımçıq nəsə ola bilməz. Rusiya üçün yarıməğlubiyyət və ya Ukrayna üçün yarıqələbə ola bilməz. Rusiya 1945-ci ildə Almaniya və Yaponiya kimi tamamilə məğlub olmalıdır”.

 

 

Diaspora