Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq!

Biz mütləq Qərbi Azərbaycana qayıdacağıq! backend

Dərələyəz icmasının təşkilatçılığı ilə Bərdə rayonu İmirli kəndində təşkil edilmiş Dərələyəz mahalı Folklor-etnoqrafik sərgisində iştirak etmək mənim yaddaşımda qədim yurd yerlərimizə olan sevgini artırmaqla o yerlərə qayıdacağımıza olan ümidlərimizi artırdı.

Hər zaman ailə böyüklərimizdən Dərələyəz mahalının əsrarəngiz gözləlliklərini əks etdirən Çivə, Qozulca kəndləri haqqındakı söhbətlərini heyranlıqla dinləyirdim.

Son zamanlar intensiv olaraq qatıldığım Dərələyəz icmasının tədbirləri bu xəyallarımızın gərçək olmasına olan ümidimizi daha da gücləndirdi. Deportasiya ilə bağlı nisgilli hekayələri oxduqda və dinlədikdə insanı heyrət bürüyür. Babalarımız bu ağrı-acını necə yaşayıblar? Əlbəttdə bizə bu əzabı yaşadan düşmənlərimizi yaxşı tanımalıyıq. Bu işdə biz gənclərin üzərinə böyük məsuliyyət düşür. Professor Mahirə Nağıqızının Çivə icmasının üzvləri ilə görüşündə söyədiyi kimi"biz o yerləri görüb gəlmişik amma gənclərə vətənimizi elə təbliğ etməliyik ki, onlarda da vətən ruhu və eşqi hər zaman alovlansın" sözləri məni çox düşündürdü. Bu cür tədbirlərdə iştirak etməklə gənclərimizin yurd sevgisinin daha da artacağına heç bir şübhəm yoxdur. Bizdən əvvəlki nəsil daşıdığı mənəvi ruhu bizdə daşımalı və gəlcək nəsillərə verməliyik.Ümmuli Lider Heydər Əliyev söylədiyi kimi “Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq!”

Bizə qələblər yaşatmış Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində Azərbaycan xalqının iradəsi ilə biz Qərbi Azərbaycana, Dərələyəzə doğma Çivə kəndimizə qayıdacağıq!

 

Nilgün Elnur qızı Nağıyeva

Dərələyəz mahalı Çivə icmasının üzvü

ADU-nun Beynəlxalq Münasibətlər fakultəsi IV kur tələbəsi

Diaspora