İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinə Təl-əvivin hərəkətləri ilə bağlı Moskvanın tutduğu mövqedən narazılığını bildirib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə baş nazirin dəftərxanası məlumat yayıb.
Xüsusilə, Netanyahu Rusiyanın BMT və digər beynəlxalq platformalardakı mövqeyindən narazı qalıb.
"Bundan əlavə, o, Rusiya və İran arasında təhlükəli əməkdaşlığı kəskin tənqid edib", - məlumatda deyilir.
"Haaretz" yazır ki, Netanyahunun Putinlə söhbətinə görə hökumət iclasını tərk edib. O, yalnız kabinet iclasının sonunda geri qayıdıb.
İsrailin baş naziri ilə Rusiya lideri 50 dəqiqəyə yaxın danışıblar. Söhbətin təfərrüatları açıqlanmır.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski İsrailin Qəzza zolağında tunelləri su basdırmaq planlarını müharibə cinayəti adlandırıb.
Bu arada Fələstinin radikal HƏMAS hərəkatı Rusiya prezidenti Vladimir Putinə minnətdarlıq əlaməti olaraq daha bir neçə Rusiya vətəndaşını azad etmək qərarına gəlib.