Almaniya nə vaxtsa müdafiə müharibəsi aparmalı olacağını istisna edə bilməz və buna görə də öz təhlükəsizliyinə və silahlarına sərmayə qoymalıdır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Karsten Broyer deyib.
“2022-ci ildən əvvəl olduğumuz yerə qayıda bilməyəcəyik. Biz əvvəlcə nə vaxtsa müdafiə müharibəsi aparmalı olacağımız fikrinə alışmalıyıq. Təkcə hərbi qulluqçular deyil, həm də cəmiyyət bunun zəruriliyini dərk etməlidir”, - Broyer bildirib.