Budanovun arvadını Zelenski zəhərlətdirib? - İddia

Budanovun arvadını Zelenski zəhərlətdirib? - İddia backend

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun həyat yoldaşı Mariananın zəhərlənməsi Ukrayna Prezidenti Vladimir Zelenskinin öz hakimiyyətini gücləndirmək cəhdi ilə bağlı ola bilər.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bu iddia ilə “Uikli Blitz” portalı çıxış edib.

“Aydındır ki, silsilə zəhərlənmələr Zelenskinin hakimiyyətini möhkəmləndirmək cəhdinin bir hissəsidir, xüsusən də ölkədə 2024-cü ilin martına təyin edilmiş prezident seçkilərinin ləğvi ilə bağlı çox tənqid edilən qərardan sonra”, - məlumatda qeyd olunub.

Məqalə müəllifləri iddia ediblər ki, bu hal Ukrayna rəhbərliyi daxilində pərdəarxası mübarizənin şiddətləndiyini və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə Budanov arasında dərin ziddiyyətlərin olduğunu göstərir.

 

 

 

loading...
Diaspora