AB Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının nümayəndələri noyabrın 27-29-da Ermənistanda səfərdə olacaq.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Səfər zamanı AB-Ermənistan münasibətləri, əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün mümkün istiqamətlər, o cümlədən Ermənistanın Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin bütün potensialından necə istifadə edə biləcəyi müzakirə olunacaq.
Səfər zamanı nümayəndə heyətinə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İnvestisiya Bankının (AİB) və AB Xarici Sərhəd Təhlükəsizliyi Agentliyinin nümayəndələri də qoşulacaqlar.
AB ilə Ermənistan arasında investisiyaların əlaqələndirilməsi platformasının işə salınması elan ediləcək.