UNESKO missiyası Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə səfər etmək üçün müraciət edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, rəsmi Bakı buna razılıq verib, lakin Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib.
Qarşı tərəf isə bununla razılaşmayıb və birbaşa Xankəndiyə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildiriblər.
Qurumun bu mövqeyindən aydın görünür ki, ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vandalizm faktları UNESKO-nu maraqlandırmır. Beləliklə, UNESKO missiyası Ağdamı görməzdən gələrək Xankəndiyə səfər üçün israr etməklə öz ikili standartlarını növbəti dəfə aydın şəkildə ortaya qoyurlar.