Hikmət Hacıyev: Avropa institutları Azərbaycan əraziləri işğalda olarkən heç vaxt ədalətli davranmayıb

Hikmət Hacıyev: Avropa institutları Azərbaycan əraziləri işğalda olarkən heç vaxt ədalətli davranmayıb backend

Avropa Şurası (AŞ) bu yaxınlarda Azərbaycanı tənqid edən bəyanatla çıxış etdi, biz bunu lüzumsuz hesab edirik.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, Avropa institutları Azərbaycan ərazisi işğalda olarkən heç vaxt ədalətli davranmayıb:

“Mən sual edirəm: niyə? İllərlə Gürcüstan, Moldova və Ukrayna ərazisindəki separatçı qurumlara qarşı bir yanaşma, Azərbaycana qarşı isə digər yanaşma olub”.

Hikmət Hacıyev Fransa kimi bəzi Avropa İttifaqı (Aİ) ölkələrinin Ermənistanı hərbiləşdirmə proqramına başladığını deyib. Əlavə edib ki, Ermənistan Fransadan radar sistemləri və “Mistral” qısa məsafəli quru-hava tipli raketlər alır.

Prezidentin köməkçisi Azərbaycanın hərbiləşməni dəstəkləmədiyini vurğulayıb: “Biz ardıcıl olaraq Fransa da daxil olmaqla üzv ölkələrə Azərbaycan ərazisində separatçılığı dəstəkləməmək, erməni revanşizmini və ya regionumuzda geosiyasi oyunları təşviq etməməklə bağlı xəbərdarlıq etmişik. Təəssüf ki, bu doğrudur”.

Hikmət Hacıyev tarixi fürsətin ortaya çıxdığını və bu vəziyyətdə müvafiq Avropa institutlarının problemin deyil, həllin bir parçası olmalı olduğunu da əlavə edib.

 

 

 

Diaspora