Azərbaycanın müdafiə naziri Özbəkistan tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri Özbəkistan tərəfinə başsağlığı verib backend

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri, general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, başsağlığında deyilir: "Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki "Kattakurqan" poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin."

 

 

Diaspora